• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu qərar Kiyevdən asılıdır - Stoltenberq

DÜNYA

05 Iyul 2024 | 18:35 | Müəllif: Subhan Mahmudov

Bu qərar Kiyevdən asılıdır - Stoltenberq

Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəni dayandırmağa və sülh danışıqlarına başlamağa hazır olduğuna dair heç bir əlamət yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

"Ukrayna suveren və müstəqil dövlət olduğu üçün sülh danışıqları və istənilən danışıqlar yolu ilə həll üçün məqbul şərtlərin nə olacağına qərar vermək Kiyevdən asılıdır", - Y.Stoltenberq vurğulayıb.

Alyansın baş katibi qeyd edib ki, NATO Ukraynaya öz mövqelərini möhkəmləndirməkdə kömək etməlidir, çünki danışıqlar masası arxasında baş verənlərlə döyüş meydanında vəziyyət arasında güclü əlaqə var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026