• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

İranda YENİ MƏRHƏLƏ: İslam Respublikasının azərbaycanlı prezidentindən NƏ GÖZLƏYƏK?

SİYASƏT

06 Iyul 2024 | 12:22

İranda YENİ MƏRHƏLƏ: İslam Respublikasının azərbaycanlı prezidentindən NƏ GÖZLƏYƏK?

İranda keçirilən prezident seçkilərinin nəticələri elan olundu. İranın 9-cu prezidenti artıq rəsmi olaraq Məsud Pezeşkiandır. O, 16 milyondan çox səs toplayaraq bu vəzifəyə layiq görülüb.

Bakıvaxtı.az-ın məlumatına görə, milliyətcə azərbaycanlı olan Pezeşkianinin dövlət başçısı seçilməsi İran-Azərbaycan münasibətlərini yenidən gündəmə gətirir. Özünü türk adlandıran, türk dili ilə bağlı açıqlamalar verən İranın yeni prezidentinin bu fikirləri yeni mövqelər ortaya qoyur...

Hamını maraqlandıran sual isə təxminən eynidir: İran-Azərbaycan münasibətlərində nələr gözlənilir?

Bununla bağlı fikirlərini Bakıvaxtı.az-a bölüşən millət vəkili Sabir Rüstəmxanlı Məsud Pezeşkianın prezident seçilməyinə sevindiyini bildirib. Rüstəmxanlı qeyd edib ki, Güneydə yaşayan azərbaycanlıları ona səs verməyə çağırması maraqlı addım idi.

Müsahibimiz yeni seçilmiş dövlət başçısına edilən boykotlardan, İran rejiminin ona qarşı mənfi reaksiyalarından da danışıb. Bildirib ki, bu mövqe yenə də Pezeşkianı qələbəsindən döndərmədi:

“Pezeşkian islahatçıdır. Onun bütün müsbət fikirləri nəzərə alınanda demək olar ki, İran rejiminin qismən yumşalması halı baş verə bilər. Bu da bizim maraqlarımızla üst-üstə düşür. Onun parlamentdəki çıxışları, seçkiqabağı kampaniyalardakı fikirləri də buna sübutdur”.

Sabir Rüstəmxanlının fikrincə, İranın müharibəyə qoşulması, insan hüquqlarının tapdanması kimi nüanslar Pezeşkianın prezidentlik dövründə həll ola bilər. Həmçinin, o, İranda azərbaycanlıların hüquqlarının pozulması məsələsinin də müsbət yönə dəyişəcəyini, proseslərin düzələcəyi ilə bağlı ümidlərinin olduğunu diqqətə çatdırıb.

Sabir Rüstəmxanlı:  İran rejiminin qismən yumşalması halı baş verə bilər

Millət vəkili bildirib ki, hər insana keçdiyi yola görə dəyər vermək lazımdır. Pezeşkianın siyasi fikirləri İranda addım-addım da olsa, dəyişikliklərə yol açacaq.

“Biz istəmirik ki, İranda, ümumiyyətlə, bütün dünyada müharibə ocaqları alovlansın. Məsud Pezeşkianın da bu sahədə addımlar atacağına inanırıq”-, deyə Sabir Rüstəmxanlı fikirlərini tamamlayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

04 Oktyabr 2024