• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Orban sülh tərəfdarı olduğundan… - Təzyiqlər davam edəcək

SİYASƏT

06 Iyul 2024 | 09:56

Orban sülh tərəfdarı olduğundan… - Təzyiqlər davam edəcək

“Macarıstan prezidenti Viktor Orbanın Qərbin aləti olmadığını sübut etməsi, Rusiya səfəri və Ukrayna-Rusiya arasında münaqişənin tez bir zamanda diplomatik yollarla həll olunmasını istəməsi Qərb dairələrini narahat etməyə bilməzdi”.

Bunu Bakıvaxtı.az-a politoloq Ramiz Alıyev Viktor Orbanın son dövrlərdə atdığı addımları şərh edərkən deyib.

Onun sözlərinə görə, Orban həm də türk dünyasına yaxın bir siyasətçi və lider olduğundan ümumiyyətlə Qərb tərəfindən yaxşı qarşılanmır:

“Ona görə ki, Orban həmişə sülhün, sabitliyin tərəfdarıdır. Birmənalı olaraq Qərbin oyunlarında iştirak eləmir. Bu da əlbəttə ki, həm Qərb dövlətlərinin, həm də Avropa Birliyinin atəşlərinə tuş gəlir.

Orbanın bu addımları əlbəttə ki, Qərbi qane etməyəcək. Çünki Qərbin məqsədi Rusiya-Ukrayna müharibəsini daha da genişləndirmək, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi prosesinə mane olmaq, Cənubi Qafqazda yeni münaqişə yaratmaqdır”, - deyə R.Alıyev bildirib.

Politoloq qeyd edib ki, Orbanın Azərbaycana və Türkiyəyə olan münasibəti də Qərb tərəfindən birmənalı qarşılanmır:

“Belə olduqda Orbana qarşı müəyyən təzyiqlərin edilməsi düşünülür, onun atdığı addımlar qınanılır və düzgün olmadığı bəyan edilir. Bunların hamısında məqsəd Orban kimi düşünən siyasətçilərin sülhlə bağlı niyyətləri boğulsun. Əlbəttə ki, bu da doğru deyil. Zaman o zaman deyil. Dünya beşdən daha böyükdür və bütün proses Qərbin dediyi kimi təzahür bilməz”.

Ramiz Alıyev:  Orbanla bağlı müəyyən qərarların veriləcəyi gözlənilir

Müsahibimiz qeyd edib ki, müharibə ocaqları yaradılması ilə bağlı Qərbin atdığı addımları hər kəs dəstəkləməyə borclu deyil:

“Orban kimi düşünən siyasətçilər də bilir ki, müharibə, müharibə və münaqişə olan yerdə inkişaf və iqtisadi yüksəliş ola bilməz, əməkdaşlıqlar ola bilməz”.

R.Alıyev vurğulayıb ki, Orbana Qərb tərəfindən təzyiqlər davam edəcək:

“Orbanla bağlı müəyyən qərarların veriləcəyi gözlənilir. Çünki onunla bağlı müəyyən bəyanatlar səsləndirilib ki, bunun davamı olacaq. Orbanın Avropa İttifaqının və Qərbin mənafeyindən çıxış etməməsi və düzgün olan düşüncə ilə hərəkət etməsi Qərbin maraqlarına uyğun gəlmir”, - deyə Ramiz Alıyev fikirlərini yekunlaşdırıb.

Günel Abbas


SON XƏBƏRLƏR

04 Oktyabr 2024