• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Zakir Həsənov "TEKNOFEST"də Ərdoğanla görüşdü - YENİLƏNİB + FOTOLAR

SİYASƏT

04 Oktyabr 2024 | 20:15

Zakir Həsənov TEKNOFESTdə Ərdoğanla görüşdü - YENİLƏNİB + FOTOLAR

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalında iştirak edib.

MN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra müdafiə nazirləri digər rəsmilərlə birgə sərgini ziyarət edib və qardaş ölkənin hərbi aviasiya vasitələrinin uçuşlarını izləyiblər.

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan festivalda çıxış edərək iştirakçıları salamlayıb.

Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalı izləyicilər tərəfindən böyük maraq və həvəslə qarşılanıb.

 

08:44

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasınıa işgüzar səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə reallaşan səfərdə məqsəd Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalında iştirak etməkdir.

    Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun türkiyəli həmkarı ilə görüşü planlaşdırılıb.


    SON XƏBƏRLƏR

    04 Oktyabr 2024