"Son dövrlər Avropa İttifaqının "xüsusi missiya" üzvlərinin Ermənistan-Azərbaycan sərhədlərində aktiv müşahidələr aparması və intensiv "səfərləri" diqqət çəkməkdədir".
Bu barədə politoloq Əli Oruclu Bakıvaxtı.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, həmin missiyanın fəaliyyət dairəsi başqa bir suveren, müstəqil dövlətin sərhəd boyu ərazisilərini nəzarət altında saxlamaq, müntəzəm izləmək yox, müharibədən yeni çıxmış Ermənistanla Azərbaycan arasında hər hansı bir insidentin qarşısını almaq, etimad mühiti yaratmaqdır:
"Lakin "xüsusi missiya" razılaşmalardan kənara çıxaraq faktiki Azərbaycan sərhədlərində kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Xüsusən, Zəngəzur dəhlizi ərazilərinə yaxın bölgələrdə tez-tez görünmələri təsadüfi deyil. Görünür, avropalılar ermənidən daha çox erməni olmaq həvəsinə düşüblər. Ələlxüsus Fransa. Fransanın Ermənistandakı səfirinin qızışdırıcı bəyanatlar verməsi və yaxud təxribatları prosesləri nizamlamağa deyil, gərginləşdirməyə xidmət edir. Fransanın İrəvandakı səfirinin Ermənistan sərhədindən Azərbaycanı müşahidə etməsi diplomatik əlaqələr haqqında beynəlxalq konvensiyalara da ziddir. Bu təxribatdır. Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması deməkdir”.

Əli Oruclu: Avropalılar ermənidən daha çox erməni olmaq həvəsinə düşüblər
Müsahibimizə görə, Azərbaycan sərt tədbirlər görərək bu sistemli təxribat cəhdinin qarşısı alınmalıdır:
“Ən azından Parisə rəsmi etiraz və xəbərdarlar edilməlidir".
Aydın Baxış
















