• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

İranın XİN başçısı Livanda səfərdədir - YENİLƏNİB

DÜNYA

04 Oktyabr 2024 | 15:33

İranın XİN başçısı Livanda səfərdədir - YENİLƏNİB

İranın xarici işlər naziri Abbas Əraqçi Livanın Baş naziri Nəcib Mikati ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

    Qeyd edilib ki, Nəcib Mikati Beyrutda görüş zamanı İrana çətin anlarda Livan hökumətinə və xalqına dəstək verdiyinə görə, təşəkkür edib. Baş nazir Əraqçiyə Livandakı son hadisələrlə bağlı məlumat verib və BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyini pisləyib.

    Əraqçi İsrailin hücumunun dayandırılması üçün beynəlxalq təşkilatların birgə fəaliyyət üçün səfərbər edilməsinin vacibliyini vurğulayıb.

    ***

    11:35

    İranın xarici işlər naziri Abbas Ərakçi Livan hakimiyyəti ilə danışıqlar aparmaq üçün bu ölkədə səfərdədir.

    Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Baqai "X" səhifəsində bildirib.

    O qeyd edib ki, Abbas Ərakçinin başçılıq etdiyi nümayəndə heyətinə İran parlamentinin iki deputatı və Qızıl Aypara Cəmiyyətinin başçısı daxildir.


    SON XƏBƏRLƏR

    04 Oktyabr 2024