• Bakı 17° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

"ABŞ-nin Avropa üzərində hökmranlığı başa çatdı"

DÜNYA

03 Noyabr 2024 | 11:32 | Müəllif: Subhan Mahmudov

"ABŞ-nin Avropa üzərində hökmranlığı başa çatdı"

"ABŞ-də keçirilən prezident seçkisinin nəticəsindən asılı olmayaraq, Vaşinqtonun Avropada geosiyasi dominantlığı dövrü başa çatıb".

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

"Harris, yoxsa Tramp? Bəziləri iddia edirlər ki, Avropanın gələcəyi ABŞ-dəki seçkidən asılıdır, amma ilk növbədə bu, bizdən asılıdır. Bir şərtlə ki, Avropa nəhayət yetkinləşsin və özünə inansın. Nəticə nə olursa olsun, geosiyasi hökmranlıq dövrü bitdi", - Tusk "X"də (əvvəllər "Twitter") yazıb.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkisi noyabrın 5-də keçiriləcək. Respublikaçıları keçmiş dövlət başçısı Donald Tramp, demokratları isə hazırkı vitse-prezident Kamala Harris təmsil edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR