• Bakı 10° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

ABŞ sakinləri ölkədən qaçırlar

DÜNYA

03 Noyabr 2024 | 13:55

ABŞ sakinləri ölkədən qaçırlar

ABŞ vətəndaşları yaxınlaşan prezident seçkisi ilə əlaqədar xaricə köçmək üçün daha çox mütəxəssislərə müraciət edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunur ki, iyun ayında Respublikaçılar Partiyasından ən yüksək hökumət postuna namizəd Donald Tramp və sonradan prezidentlik yarışından çəkilən ABŞ Prezidenti Co Bayden arasında debatdan sonra mühacirət məsələləri üzrə ixtisaslaşmış şirkətlərin müştərilərinin sayında artım müşahidə olunub.

Bildirilir ki, tələbat getdikcə artır.

Oktyabr ayında mühacirət etməkdə maraqlı olan 7 000 amerikalı arasında keçirilən sorğuya əsasən, köçün əsas səbəblərindən biri ABŞ-dəki siyasi parçalanmadır./oxu.az


SON XƏBƏRLƏR

26 Dekabr 2024