Fələstinin HƏMAS hərəkatı və İordan çayının Qərb sahilində əsas rol oynayan FƏTH partiyası münaqişə başa çatdıqdan sonra Qəzza zolağının idarə edilməsi barədə saziş bağlayıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Danışıqlarda iştirak edənlər Qahirədə aparılan danışıqların yekunları üzrə tərəflərin saziş layihəsini təsdiq etdiklərini bildiriblər.
Sənədə əsasən, 10-15 nəfərdən ibarət olacaq komitənin fəaliyyəti münaqişə başa çatdıqdan sonra Qəzza zolağında humanitar yardım, təhsil, səhiyyə, iqtisadiyyat və bərpa sahələrini əhatə edəcək.