• Bakı C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Fələstin hökuməti "Əl-Cəzirə"nin yayımını DAYANDIRDI

DÜNYA

02 Yanvar 2025 | 00:52

Fələstin hökuməti Əl-Cəzirənin yayımını DAYANDIRDI

Fələstin hökuməti Qətərin Əl-Cəzirə telekanalının ölkə ərazisində yayımını dayandırıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.

    Məlumata görə, Fələstinin Daxili İşlər, Mədəniyyət və Rabitə nazirliklərinin əməkdaşlarından ibarət komitə kanalın yayımının müvəqqəti qadağan edilməsi ilə bağlı qərar qəbul edib. 

    Komitənin fikrincə, Əl-Cəzirə dəfələrlə təxribat xarakterli reportajlar yayımlayıb, həmçinin yalan məlumatlar yayıb və hökumətə qarşı üsyana çağırışedib

    Komitə bu hərəkətləri Fələstinin daxili işlərinə müdaxilə və onun ərazisində qüvvədə olan qanunvericiliyin pozulması kimi qiymətləndirib. 

    Kanalın Ramallahdakı ofisinin fəaliyyəti dondurulacaq, orada çalışan müxbirlərin akkreditasiyası ləğv ediləcək.

     


    SON XƏBƏRLƏR

    04 Yanvar 2025