ABŞ Prezidenti Donald Tramp administrasiyasının martın 1-dən Kanada və Meksikadan gətirilən mallara gömrük rüsumları tətbiq edəcəyi gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, eyni zamanda, Tramp bəzi mallar üçün istisnalara imkan verəcək prosedur elan edəcək.
Qeyd edək ki, bundan öncə rüsumların sabahdan, yəni fevralın 1-dən tətbiq ediləcəyi açıqlanmışdı.