• Bakı C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Yaponiyada meşə yanğınları 1,8 min hektarı əhatə edib

DÜNYA

02 Mart 2025 | 18:57

Yaponiyada meşə yanğınları 1,8 min hektarı əhatə edib

Yaponiyanın şimal-şərqində yerləşən İvate prefekturasında davam edən meşə yanğınlarının sahəsi 1,8 min hektarı ötüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, yanğınla mübarizəyə ölkə üzrə 450 yanğınsöndürmə idarəsindən 1,7 mindən çox yanğınsöndürən cəlb edilib.

Təbii fəlakət nəticəsində indiyədək bir nəfər ölüb, bölgədə təxminən 90 yaşayış və sənaye tikilisi yanaraq yox olub.

Təhlükəsizlik tədbirləri çərçivəsində meşə ərazilərinə yaxın kəndlərdən 5 minə yaxın sakin üçün təxliyə tövsiyə edilib.

Qeyd olunub ki, İvate prefekturasında baş verən bu yanğınlar 1992-ci ildən bəri ən böyük meşə yanğınıdır.


SON XƏBƏRLƏR

02 Mart 2025