Putini dayandıran olmasa, o, Moldovaya və Rumıniyaya qədər gedə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Fransa prezident bildirib ki, Birləşmiş Ştatlar və Ukrayna prezidentləri arasında mübahisədən sonra ABŞ-ın Ukrayna ilə də dialoqu bərpa etməkdən başqa çarəsi yoxdur.
“Amerikalıların aydın taleyi ukraynalıların tərəfində olmaqdır, buna heç bir şübhəm yoxdur. Birləşmiş Ştatların son üç ildə gördüyü işlər onun diplomatik və hərbi ənənələrinə tamamilə uyğundur. Mən amerikalılara başa salmaq istəyirəm ki, Ukraynadan qopmaq onların maraqlarına uyğun deyil, - deyə Makron qeyd edib.
Eyni zamanda, onun fikrincə, Vladimir Putinin başçılıq etdiyi Rusiya Avropa üçün həmişəkindən daha çox ekzistensial təhlükədir.
“Ona görə də düşmənlə bağlı səhvə yol verməyin. Təhlükəsizliyimiz təhlükə altındadır", - Makron əlavə edib./axar.az