• Bakı C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Ən çox ölümcül silahı Ukraynaya bu ölkələr verir

DÜNYA

02 Mart 2025 | 21:04

Ən çox ölümcül silahı Ukraynaya bu ölkələr verir

Ukrayna ordusu ən çox ölümcül silahları Böyük Britaniya, Kanada, Almaniya və İtaliyadan alır.

Bakıvaxtı.az bildirir ki, bunu Rusiya İstintaq Komtəsinin sədri Aleksandr Bastrıkin deyib.

"Müdafiə Nazirliyi ilə birlikdə xarici silahların və digər texnikanın tədarükü faktlarını sənədləşdiririk. Ən ölümcül silahlar Böyük Britaniya, Kanada, İtaliya, Almaniya, Rumıniya, Estoniya və bir sıra digər ölkələr tərəfindən verilir. "Storm Shadow" qanadlı raketləri, artilleriya mərmiləri və buraxılış qurğuları, tank, minaatan mərmiləri, aviabombalar və patronlar Avropadan tədarük edilir. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri təkcə döyüş əməliyyatlarında deyil, həm də mülki hədəflərə hücumlarda geniş istifadə olunan pilotsuz təyyarələr alır", - Bastrıkin bildirib./axar.az


SON XƏBƏRLƏR

02 Mart 2025