Londonun mərkəzindəki “Lancaster House”da Ukrayna üzrə Avropa sammiti başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmerin ev sahibliyi etdiyi toplantıda 18 ölkədən və birlikdən nümayəndələr iştirak edir.
Ukrayna prezidenti Volodimir Zelenski də Avropa liderlərinin sammitinə qatılıb. Sammitdə iştirak etmək üçün ilk gələn Fransa prezidenti Emmanuel Makron olub.
Bundan başqa, Avropa liderlərinin danışıqlarında İtaliyanın baş naziri Giorgia Meloni, səlahiyyət müddəti başa çatan Almaniya kansleri Olaf Şolz, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Kanadanın baş naziri Castin Trüdo, Danimarkanın baş naziri Mette Frederiksen və başqaları iştirak edir.