• Bakı C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Hindistanda qar uçqunu 8 nəfərin həyatına son qoyub

DÜNYA

02 Mart 2025 | 20:41

Hindistanda qar uçqunu 8 nəfərin həyatına son qoyub

Hindistanın şimalındakı dağlıq Uttarxand ştatında qar uçqunu nəticəsində 8 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Times of India" qəzeti məlumat yayıb.

Ümumilikdə 54 nəfər tapılaraq xilas edilib.

Xatırladaq ki, uçqun fevralın 28-də Uttarxandın Çamoli rayonunda qeydə alınıb. Zərərçəkmiş ilk on nəfər dərhal qarın altından çıxa bilib, qalanları isə xilasedicilərin köməyi ilə çıxarılıb.

Xilasetmə əməliyyatı iki gün davam edib və güclü qar yağması səbəbindən vaxtaşırı dayandırılıb.


SON XƏBƏRLƏR

02 Mart 2025