Qazaxıstanın Manqistau vilayətində ailə faciəsi yaşanıb.
Bakıvaxtı.az “Newtimes.kz”yə istinadən xəbər verir ki, bir ailənin 7 üzvü qazdan zəhərlənərək ölüb.
“Martın 2-də Manqistau vilayətinin Munaylinski rayonunun Basküduk kəndində fərdi evdə bir ailə zəhərlənib. Yardım göstərmək üçün gələn xilasedicilər və təcili tibbi yardım briqadaları hadisə yerində 7 nəfərin meyitini aşkar ediblər, onların 5-i azyaşlıdır. Ölənlərin hamısı Özbəkistan vətəndaşıdır” , - Vilayət adminstrasiyasının açıqlamasında deyilir.
Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin ilkin versiyasına görə, faciə qaz avadanlıqlarının istismarı qaydalarının pozulması nəticəsində baş verib.
Fövqəladə vəziyyətin səbəblərini araşdırmaq üçün Manqistau vilayət hakiminin birinci müavini Erbol İzbergenovun rəhbərlik etdiyi komissiya yaradılıb.
Qeyd edilib ki, ölən ailənin yaxınlarına dəfn də daxil olmaqla hərtərəfli yardım göstəriləcək.