Kiyev Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Rüstəm Umerov Feysbuk sosial hesabında bildirib.
“Artıq 2025-ci il üçün müqavilələr var. Əsas prioritet F-16 proqramıdır. Qırıcıların növbəti partiyasının 2025-ci ildə təhvil verilməsini gözləyirik və pilotların, mühəndis-texniki heyətin təlimlərini davam etdiririk”, - nazir qeyd edib./axar.az