Ukrayna münaqişəsinin həlli ilə bağlı Londonda keçirilən sammitdə iştirak edən ölkələrin nümayəndələri Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi məsələsində vahid qərara gələ bilməyiblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk sammitdən sonra jurnalistlərə açıqlamasında bildirib.
O əlavə edib ki, bəzi ölkələr Rusiyanın aktivlərindən Ukraynaya kömək etmək üçün istifadənin mümkün nəticələrindən ehtiyat edirlər. /APA