"Kiyev hökuməti 630 Ukrayna vətəndaşını qəbul etməkdən imtina edir".
Bakıvaxtı.az "Vedomosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Ukraynanın süründürməçiliyi öz maraqlarını təbliğ etmək üçün davam etdirir:
"Problem ondadır ki, Ukrayna öz adamlarını geri almır. Zelenskiyə əsir götürülən 630 Ukrayna vətəndaşı lazım deyil. Zelenski onlardan imtina edib. Rusiya onları dərhal bərabər şərtlərlə Kiyevə köçürməyə hazırdır. Rəqəmlər və faktlar var".
Gülşən Şərif