• Bakı C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Fransalı hərbçiləri ölkəsindən ÇIXARIR

DÜNYA

01 Yanvar 2025 | 23:45

Fransalı hərbçiləri ölkəsindən ÇIXARIR

Fil Dişi Sahilinin Prezidenti Alassan Uattara Fransa kontingentinin ölkədən çıxarılacağını açıqlayıb. 

Bakıvaxtı.az  TASS-a istinadən xəbər verir ki, Uattara bu barədə xalqa müraciətində danışıb. 

O bildirib ki, vətəndaşlar ölkənin öz Silahlı Qüvvələrinin modernləşdirilmiş vəziyyəti ilə qürur duymalıdırlar: “Bu kontekstdə Fransa qoşunlarının koordinasiyalı şəkildə ölkədən çıxarılması barədə qərar qəbul etmişik”.

Fransa qoşunlarının yanvarda Fil Dişi Sahilindən çıxarılması gözlənilir. Hazırda ölkədə 600 fransalı hərbçi var.

Qeyd edək ki, bundan əvvəl Seneqal Prezidenti Bassiru Diomay Fay da Fransa və digər ölkələrin kontingentlərinin 2025-ci ildə ölkədən çıxarılması niyyətində olduğunu açıqlamışdı.


SON XƏBƏRLƏR

04 Yanvar 2025