• Bakı 9° C

    11.67 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bəşər Əsədin əmisi oğlu saxlanıldı

DÜNYA

31 Yanvar 2025 | 19:48 | Müəllif: Subhan Mahmudov

Bəşər Əsədin əmisi oğlu saxlanıldı

Suriyanın yeni hakimiyyət orqanları keçmiş prezident Bəşər Əsədin əmisi oğlu Atef Nəcibi saxlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.

“Nəcib Suriya xalqına qarşı cinayətlərdə iştirak edənlərdən biri hesab olunur və bu addım hakimiyyətin Suriya xalqına qarşı qanun pozuntularında iştirak edənləri məsuliyyətə cəlb etmək, regionda təhlükəsizlik və sabitliyi gücləndirmək səylərinin bir hissəsidir”, - deyə Latakiya vilayətinin İctimai Təhlükəsizlik Müdirliyi polkovnik-leytenantı Mustafa Knefati bildirib.

Nəcib Latakiyada həbs edilib. Əsədin dövründə o, Suriyanın cənubundakı Dəra əyalətində siyasi təhlükəsizlik departamentinin rəhbəri postunu tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR