HƏMAS ABŞ-ın atəşkəsin uzadılması və girovların azad edilməsi ilə bağlı yeni planını qəbul etməsə, nəticəsi ağır olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Bir şeyi aydınlaşdırmaq istəyirəm - “pulsuz nahar” olmayacaq. Əgər HƏMAS girovlarımızı azad etmədən atəşkəsi davam etdirə və ya birinci mərhələnin şərtlərindən istifadə edə biləcəyini düşünürsə, yanılır”, - Netanyahu bildirib.
Qeyd edək ki, bu gün İsrail Qəzza sektoruna humanitar yardımların buraxılmasını dayandırıb və bütün keçid məntəqələrini bağlayıb.