• Bakı C

    2.1 m/s

  • USD - 1.7

    EUR - 1.7659

    RUB - 1.7273

Fidan Lavrovla danışdı

DÜNYA

31 Yanvar 2025 | 20:09

Fidan Lavrovla danışdı

Rusiya və Türkiyə Xarici İşlər nazirliklərinin rəhbərləri Sergey Lavrovla Hakan Fidanın telefon danışığı olub. 

Bakıvaxtı.az xəbər verir ki, nazirlər telefon danışığı zamanı regional hadisələri və Suriyadakı vəziyyəti müzakirə ediblər. Onlar Suriyadakı siyasi prosesləri dəstəklədiklərini vurğulayıblar. 

"Hər iki ölkənin Suriyanın siyasi birliyinə dəstəyi vurğulanıb. İnklüziv siyasi keçid prosesinin vacibliyi vurğulanıb", - Rusiya XİN-in bəyanatında deyilir.

Xatırladaq ki, 2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra prezident Bəşər Əsəd istefa verib və ölkədən qaçıb.

Dekabrın 10-da İdlib vilayətində “xilas hökuməti”nə rəhbərlik edən Məhəmməd əl-Bəşir özünü 2025-ci il martın 1-dək fəaliyyət göstərəcək Suriyanın keçid kabinetinin rəhbəri elan edib. 29 yanvar 2025-ci ildə Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şaraa ölkədə keçid dövrü ərzində Suriyanın prezidenti elan edilib.


SON XƏBƏRLƏR

31 Yanvar 2025