Türkiyənin elektrik enerjisi şirkətləri 2025-ci il ərzində Suriyanın elektrik təchizatı məsələləri ilə məşğul olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
“EÜAŞ şirkəti 2025-ci ildə Suriyanın elektrik enerjisinə olan ehtiyaclarının ödənilməsi üzərində işləyəcək. EÜAŞ-ın bu sahədə böyük təcrübəsi var. Biz regionda sabitliyin əldə olunmasına çalışacağıq”, – nazir deyib.
Bayraktarın sözlərinə görə, Suriyanın elektrik təchizatında kömək edəcək ikinci şirkət TEİAŞ-dır.
“Biz TEİAŞ-ı daha da gücləndirməyə çalışırıq. Hazırda artırılmış ötürmə qabiliyyəti ilə yeni elektrik enerjisi ötürmə arxitekturasını həyata keçiririk. 2025-ci il TEİAŞ-ın inkişafı üçün mühüm il olacaq. Bu dövr üçün şirkətin mühüm vəzifəsi qonşumuz Suriyanın elektrik enerjisinə olan ehtiyaclarının ödənilməsidir. Bu kontekstdə TEİAŞ da öz beynəlxalq borcunu yerinə yetirəcək”, – o vurğulayıb