• Bakı 23° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Finlandiyada silsilə tətillər keçiriləcək

DÜNYA

03 Dekabr 2024 | 11:33 | Müəllif: Gülşən Şərif

Finlandiyada silsilə tətillər keçiriləcək

Dekabrın ilk iki həftəsində Finlandiyada 8 günlük tətilin keçirilməsi nəzərə tutulub.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Pilotlar Birliyi tərəfindən həyata keçiriləcək tətil uçuşların ləğvinə səbəb olacaq və 39 mindən çox sərnişinə təsir edəcək. 

Məlumata görə, narazılığa səbəb yeni kollektiv saziş üzrə üç aylıq danışıqlar olub. Tətillərin həmçinin texnologiya sektorundakı 200-ə yaxın şirkətə təsir edəcəyi gözlənilir. 

Qeyd edək ki, mayın 18-dən Finlandiya tətillərə məhdudiyyətlər tətbiq edilib. Siyasi tətillərin 24 saatdan artıq keçirilməsi qadağandır, digər tətillər isə iki həftə ilə məhdudlaşır. Yeni qanunun pozulmasına görə cərimələr ödəniləcək. Əgər cərimə məbləği 37 400 avrodan 150 000 avroya qədər artıbsa, işçilər təşkil edilən qanunsuz tətildə iştiraka görə əlavə olaraq 200 avro məbləğində fərdi cərimə ödəməlidir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026