Donald Tramp ABŞ-da prezident seçkilərində qalib gəlsə, Ukraynada müharibəni dayandıra bilməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.
“Mən razılaşma təklif edəcəm” və “Mənim əla münasibətim var...” kimi boş sözlər söyləyən yorğun Tramp da sistemin bütün qaydalarına əməl etməyə məcbur olacaq. O, müharibəni dayandıra bilməz. Nə bir gündə, nə üç gündə, nə də üç ayda. Və əgər həqiqətən cəhd etsə, o, yeni Con Kennedi (1963-cü ildə öldürülmüş ABŞ-ın 35-ci prezidenti – red.) ola bilər”, - Medvedyev bildirib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
















