• Bakı 11° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Qərbdə yeganə Lenin muzeyi bağlandı

DÜNYA

03 Noyabr 2024 | 12:12

Qərbdə yeganə Lenin muzeyi bağlandı

Finlandiyanın Tampere şəhərində Vladimir Leninlə İosif Stalinin ilk görüşünün keçirildiyi binada təşkil edilən Qərbdə yeganə Lenin Muzeyi bağlanıb.

Bakıvaxtı.az xəbər verir ki, muzey 1905-ci ilin dekabrında Leninlə Stalinin ilk dəfə görüşdüyü Rusiya Sosial Demokrat İşçi Partiyasının birinci konfransının keçirildiyi Tamperedəki Fəhlə Evinin zalında yerləşirdi. O zaman Tampere Tammerfors adlanırdı və Finlandiya Böyük Hersoqluğu Rusiya İmperiyasının tərkibində idi.

Lenin Muzeyinin yerində sərgiləri iki dövlət arasında münasibətlərin tarixinə həsr olunacaq tarix muzeyi yaratmağı planlaşdırırlar. Yeni muzeyin 2025-ci il fevralın 15-də açılışı planlaşdırılır.


SON XƏBƏRLƏR

26 Dekabr 2024