• Bakı C

    12.36 m/s

  • USD - 1.7

    EUR - 1.7893

    RUB - 1.6487

Fidan Ukrayna münaqişəsinin həlli yolunu açıqladı

DÜNYA

03 Noyabr 2024 | 13:28

Fidan Ukrayna münaqişəsinin həlli yolunu açıqladı

Ukrayna münaqişəsinin ədalətli həllinə Ukraynanın ərazi bütövlüyünün qorunması şərti ilə nail olunmalıdır. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Bizim hər iki tərəflə xüsusi münasibətimiz var. Biz onları dinləməkdən imtina etmirik. Dost ancaq həqiqəti deyir, biz belə edirik. Müharibənin ədalətli həlli Ukraynanın ərazi bütövlüyü çərçivəsində tapılmalıdır”, - deyə Fidan “Hürriyyət” qəzetinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, hər iki tərəfin yorğunluğu 2025-ci ildə yeni vəziyyətə gətirib çıxara bilər.

“Hər iki tərəf münaqişədə uduzan kimi görünmək istəmir, Rusiya və Ukrayna arasında ümumi dil axtarışları davam edir”, - deyə nazir Türkiyənin onlarla apardığı dialoqdan danışıb.


SON XƏBƏRLƏR

11 Dekabr 2024