• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

G7 ölkələri İranı qınadı, İsraili dəstəklədi

DÜNYA

04 Oktyabr 2024 | 16:05

G7 ölkələri İranı qınadı, İsraili dəstəklədi

"İsrailin təhlükəsizliyinə bağlılığımızı birmənalı şəkildə təkrar edirik".

Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, bu, G7 ölkələrinin liderlərinin yaydığı birgə bəyanatda yer alıb.

Bəyanatda G7 ölkələrininYaxın Şərqdə vəziyyətin pisləşməsindən dərin narahat olduqları bildirilib və regional gücləri məsuliyyətli davranmağa çağırıblar.

Bildirilib ki, İranın İsrailə hücumu regional sabitliyə ciddi təhdid yaradır:

"Birmənalı olaraq, İsrailin təhlükəsizliyinə sadiqliyimizi bir daha bəyan edirik. Təhlükəli hücumlar və cavab tədbirləri silsiləsi Yaxın Şərqdə heç kimin marağında olmayan, nəzarətsiz eskalasiyaya təkan vermək riski daşıyır". 

Qeyd edək ki, G7 ölkələrinə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ daxildir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

04 Oktyabr 2024