• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Bosniya və Hersoqovinada yağışlar: 4 kəndi su basdı

DÜNYA

04 Oktyabr 2024 | 15:20

Bosniya və Hersoqovinada yağışlar: 4 kəndi su basdı

Bosniya və Herseqovinada yağan güclü yağışlar Yablanica, Konjiç, Fojnitsa və Kresevo şəhərlərində daşqınlara səbəb olub.

Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.

Yablanitsa daşqından ən çox zərər çəkən yer olsa da, sürüşmə səbəbindən bir çox yollar nəqliyyata bağlanıb. Bildirilib ki, Yablanitsada məscid tamamilə su altında qalıb.

Bosniya və Herseqovina Federasiyasının Mülki Müdafiə Rəyasət Heyətindən (FCUZ) edilən açıqlamada, ilkin təsbitlərə görə, Yablanicada 5 nəfərin həyatını itirdiyi bildirilib, bu rəqəmin xəbərlərdə daha çox olduğu qeyd edilib. 

Əli Hüseynov


SON XƏBƏRLƏR

04 Oktyabr 2024