• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Şimali Koreya Cənubi Koreyanı hədələyib

SİYASƏT

04 Oktyabr 2024 | 16:15

Şimali Koreya Cənubi Koreyanı hədələyib

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı həmişəlik məhv etməklə hədələyib. 

Bakıvaxtı.az Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən xəbər verir ki, Şimali Koreyanın nüvə sınaqları və Cənubi Koreyanın ABŞ ilə keçirdiyi hərbi təlimlər iki ölkə arasında düşmənçiliyi son illərin ən pis səviyyəsinə çatdırıb. 

Şimali Koreyanın ilk dəfə nüvə silahı üçün material istehsal edən uranın zənginləşdirilməsi müəssisəsinin görüntülərini bu yaxınlarda dərc etməsi isə gərginliyi son mərhələyə gətirib.

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya prezidenti Yoon Suk Yeolun "Kim rejimi nüvə silahından istifadə edərsə, çökəcək" sözlərinə cavab verib.

Kim Çen İnin sözlərinə görə, Şimali Koreya təxribata məruz qalacağı təqdirdə nüvə silahından istifadə edəcək və Cənubi Koreyanı həmişəlik məhv edəcək:

"Cənubi Koreya suverenliyindən sui-istifadə edən hər hansı silahlı qüvvədən istifadə etməyə cəhd edərsə, əlimizdə olan bütün hücum qüvvələrini çəkinmədən işə salacağıq. Belə bir vəziyyət yaranarsa, Seul administrasiyasının və Koreya Respublikasının daimi mövcudluğu qeyri-mümkün olacaq".

Gülşən Şərif


SON XƏBƏRLƏR

04 Oktyabr 2024