• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Qəzzada son 10 gün: 296 fələstinli...

DÜNYA

04 Oktyabr 2024 | 17:07

Qəzzada son 10 gün: 296 fələstinli...

İsrail ordusunun Qəzza zolağına son 10 gündə həyata keçirdiyi hücumlarda 296 fələstinli həyatını itirib, 837 nəfər isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 364 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrailin Qəzza zolağında bir ilə yaxındır həyata keçirdiyi soyqırımda son 10 gündə 296 fələstinlinin həyatını itirdiyi, 837 fələstinlinin isə yaralandığı bildirilib.

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 3 qırğın həyata keçirdiyi və bu hücumlarda daha 14 fələstinlinin həyatını itirdiyi, 50 fələstinlinin isə yaralandığı qeyd edilib.

Əli Hüseynov

 

 


SON XƏBƏRLƏR

04 Oktyabr 2024