• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

İsrail ordusu Livanda 250 “Hizbullah” yaraqlısını öldürüb

DÜNYA

04 Oktyabr 2024 | 18:55

İsrail ordusu Livanda 250 “Hizbullah” yaraqlısını öldürüb

Livanın cənubunda quru əməliyyatlarının keçirildiyi dörd gün ərzində “Hizbullah” hərəkatının 250 yaraqlısı öldürülüb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatında deyilir.

“Dörd gün ərzində quru əməliyyatları zamanı 250 terrorçu, o cümlədən 21 komandir öldürülüb”, – məlumatda bildirilib.

Qeyd edək ki, İsrailin sentyabrın 27-də Beyruta endirdiyi zərbələr nəticəsində “Hizbullah”ın baş katibi Həsən Nəsrullah öldürülüb. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd ərazilərdə quru əməliyyatına başladığını elan edib


SON XƏBƏRLƏR

04 Oktyabr 2024