• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədə yaşayış binasında partlayış: ölü və yaralılar var

DÜNYA

03 Noyabr 2024 | 17:22 | Müəllif: Subhan Mahmudov

Türkiyədə yaşayış binasında partlayış: ölü və yaralılar var

Türkiyənin Çorum şəhərində yaşayış binasında partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Çorum valisi Əli Çalqan partlayış nəticəsində 1 nəfərin öldüyünü, daha 16 nəfərin isə yaralandığını bildirib. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin ehtimallara görə, partlayış qaz sızması səbəbindən baş verib.

Əraziyə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım maşını göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026