ABŞ administrasiyası yanvarın sonunda istefa verməmiş Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bununla bağlı Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivanın Ağ Evin saytında bəyanatı dərc olunub.
Bəyanata əsasən, ABŞ Rusiyanın maliyyə sektoruna qarşı ciddi sanksiyalar tətbiq edib və bunun ardınca daha çox sanksiyalar gələcək
Qeyd edək ki, 20 yanvar 2025-ci ildə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək. Həmin gün ABŞ-nin hazırkı administrasiyası istefa verəcək.
Gülşən Şərif