“Gürcü arzusu” partiyasının sədri, keçmiş baş nazir İrakli Qaribaşvili siyasətdən gedir və bizneslə məşğul olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın “Pirveli” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, “Gürcü arzusu”nun liderləri Qaribaşviliyə rəsmi olaraq komandada qalmağı təklif edib və sona etirazlar fonunda açıqlama verməməyi xahiş ediblər.
Qaribaşvilinin hansı qərarı verəcəyi məlum deyil.
Xatırladaq ki, baş nazir vəzifəsindən azad edildikdən sonra İrakli Qaribşvili “Gürcü arzusu” partiyasının sədri postunu tutub. Lakin o, partiyanın fəaliyyətində iştirak etməyib və yalnız seçki iclaslarında çıxış edib.
Yeni parlamentin ilk iclasında İrakli Qaribaşvili də iştirak edib, ondan sonra bir daha meydana çıxmayıb. Parlamentdəki əksəriyyətin lideri Mamuka Mdinaradze bildirib ki, Qaribaşvili mandatdan imtina etməyə hazırlaşır.
“İndiki mərhələdə partiyanın mətbuat xidməti Qaribaşvilinin gedişini təsdiqləmir”, - telekanal bildirib.