• Bakı C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.7825

    RUB - 1.5962

Cənubi Koreyada 38 vyetnamlı turist itkin düşüb

DÜNYA

03 Dekabr 2024 | 16:07

Cənubi Koreyada 38 vyetnamlı turist itkin düşüb

Koreyanın cənubundakı Ceju kurort adasında 38 vyetnamlı turist  itkin düşüb. 

Bakıvaxtı.az "Yonhap"a istiandən xəbər verir ki, bu barədə adanın turizm təşkilatı məlumat yayıb.

Bildirilib ki, noyabrın 14-də 90-a yaxın vyetnamlı "VietJet Air" çarterində Jejuya gedib. Onlardan 38-i ilə səfərin sonunda əlaqə kəsilib və geri dönüş reysinə minməyib.

Adanın immiqrasiya xidməti onların harada olduğunu öyrənmək üçün CCTV kameralarını yoxlayıb. 

Ölkənin qanununa əsasən, əcnəbilərin adada 30 günə qədər vizasız qalmasına icazə verilir. Dekabrın 14-dən sonra yoxa çıxan vyetnamlılar qeyri-qanuni miqrant olacaqlar.

Gülşən Şərif


SON XƏBƏRLƏR

03 Dekabr 2024