• Bakı 20° C

    16.73 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Gürcüstan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı ərizəni qəbul etmədi

DÜNYA

03 Dekabr 2024 | 15:48

Gürcüstan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı ərizəni qəbul etmədi

Gürcüstan Konstitusiya Məhkəməsi prezident və müxalifətçilərin 26 oktyabr seçkilərinin nəticələrinin ləğv edilməsi ilə bağlı iddia ərizəsini qəbul etməyib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı yerli KİV məlumat yayıb.

Xatırladaq ki, bu il oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Seçkilərdə hakim "Gürcü Arzusu" Partiyası qalib gəlib.

Seçkinin nəticələrini tanımaqdan imtina edən prezident Salome Zurabişvili və müxalifət təmsilçiləri bununla bağlı Konstitusiya Məhkəməsi qarşısında iddia qaldırmışdılar.


SON XƏBƏRLƏR

11 Sentyabr 2025