Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
Bakıvaxtı.az-ın məlumatına görə, açarların təqdim edilməsi mərasimindən sonra çıxış edən sakin Məhəmməd Quliyev Prezidentə səmimi sözlərini çatdırıb.
"Bu gözəl gündə, bu gözəl məkanda Cəbrayılımıza qovuşmuşuq. Sizə xalqımızın adından, camaatımızın adından və öz adımdan dərin minnətdarlığımı bildirirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram. Sizə də, Mehriban xanıma da dərin təşəkkürümüzü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bu günü bizə nəsib etdiyinizə görə Allah-taala Sizə bir daha uzun ömür, cansağlığı versin. Həmişə xalqımızın başı üzərində olasınız. Həmişə Atanız Ulu Öndərimizin yolunu belə gözəl davam etdirəsiniz. Sizə çox minnətdarıq. Sizə dərin təşəkkürümüzü bildiririk. Bizim üçün ən əziz insan, hörmətin saxladığımız insan Sizsiniz. Bizim arxamızsınız, dayağımızsınız. Allah Sizə yar olsun. Allah köməyiniz olsun. Heç vaxt xalqımızın başı üstündən əskik olmayasınız. Minnətdarıq Sizə. Çox sağ olun, çox razıyıq".
Prezident İlham Əliyev: Çox sağ olun.