• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Xamenei: Raket hücumlarıözünümüdafiə idi

DÜNYA

04 Oktyabr 2024 | 15:32

Xamenei: Raket hücumları özünümüdafiə idi

İranın dini lideri Ayətullah Əli Xamenei ölkəsinin oktyabrın 1-də İsrailə raket hücumunun özünümüdafiə məqsədi ilə həyata keçirildiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, dini lider Xamenei 4 ildən sonra ilk dəfə paytaxt Tehranda cümə namazı qılıb.

Tehranın İmam Xomeyni adına Böyük Musalla məscidində yüksək səviyyəli siyasi və hərbi rəsmilərlə birlikdə on minlərlə insanın iştirakı ilə qılınan namazdan əvvəl 27 sentyabrda İsrailin Beyruta hücumunda həyatını itirən Həsən Nəsrullahın anım mərasimi keçirilib.

Namazdan əvvəl etdiyi xütbədə cari məsələləri dəyərləndirən Xamenei ölkəsinin İsrailə raket hücumlarının özünümüdafiə çərçivəsində həyata keçirildiyini bildirib.

İranın dini lideri bəyan edib ki, ölkəsi mümkün əks-hücumlara cavab verməkdən çəkinməyəcək və dərhal cavab verəcək.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

04 Oktyabr 2024