Yaxın Şərqdə təxminən bir ildir gərginləşən münaqişə zamanı İsrailin zərbələri nəticəsində 2 mindən çox Livan sakini həlak olub, 9,5 minə yaxını isə yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Livanın fövqəladə hallara operativ reaksiya mərkəzinin koordinatoru, respublikanın ətraf mühit naziri Nasir Yasin məlumat verib.