İsrailin Qəzza zolağında və Livanda atəşkəslə razılaşması İranın 26 oktyabr hücumundan sonra yəhudi dövlətinə qarşı cavab addımı atmaq qərarına təsir edə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
"Onlar çox yaxşı bilirlər ki, İrana qarşı hər hansı bir səhv etsələr, sarsıdıcı cavab alacaqlar. Yalnız onların davranışlarına yenidən baxması, atəşkəslə razılaşması və bölgədə günahsız insanların öldürülməsi bizim necə və hansı qüvvə ilə cavab verəcəyimizə təsir edə bilər”, - deyə Pezeşkian bildirib.