Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Böyük Britaniyaya ikigünlük dövlət səfəri çərçivəsində Kral III Çarlz və Uels Şahzadəsi Uilyam tərəfindən rəsmi olaraq qarşılanıb.
Bakıvaxtı.az xəbər verir ki, Qətər Əmiri üçün Bukinqem sarayı boyunca parad keçirilib. Uels Şahzadəsi Keyt Middlton da parad zamanı fayton kortejində yer alıb.
Dövlət səfəri çərçivəsində Qətər Əmiri və xanımı Bukinqem sarayında nahar ediblər, daha sonra Parlamenti ziyarət ediblər. Axşam isə onlar dövlət ziyafətində iştirak edəcəklər.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bildirir ki, Qətər Britaniyanın əsas müdafiə tərəfdaşlarından biridir. Birləşmiş Krallıq ilə Qətər arasında ticarət illik 6,6 milyard funt sterlinq dəyərindədir. Qətərin Böyük Britaniya iqtisadiyyatında 40 milyard funt sterlinq sərmayəsi var.