• Bakı C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Suriyada azlıqların hüquqları pozularsa... - Fidan

DÜNYA

02 Yanvar 2025 | 20:21

Suriyada azlıqların hüquqları pozularsa... - Fidan

Suriyada azlıqların hüquqları pozularsa, Türkiyə onların tərəfində olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada belçikalı həmkarı Bernard Kvantenlə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Türkiyənin xarici siyasəti bir sıra prinsiplərə əsaslanır.

“Biz hakimiyyətin konkret addımlarına baxırıq. Keçmiş administrasiya dövründə, məsələn, sünni ərəblər təzyiqlərə məruz qalmışdılar. Biz onları qəbul etdik, həmişə təqib olunanların qarşısında qapılarımızı açdıq. Əgər gələcəkdə Suriyada hansısa qruplar, azlıqlar problemlərlə üzləşsələr və öz yerlərini tapa bilməsələr, biz eyni şəkildə davranacağıq. Bu, ələvilər, yezidlər, xristianlar və ya başqa qruplar ola bilər. Türkiyə onların müdafiəçisi və himayədarıdır," - deyə Fidan bildirib.

Eyni zamanda o vurğulayıb ki, yeni Suriya administrasiyası ölkədəki bütün dini və sosial qrupların maraqlarının nəzərə alınması məsələsinə son dərəcə həssas yanaşır:

"Ümid edirəm ki, bu məsələdə heç bir mənfi hadisə baş verməyəcək. Amma əgər bu baş verərsə, prezidentimizin mövqeyi bu baxımdan qətidir. Biz təzyiq olunanların tərəfindəyik və onlarla həmrəy olacağıq".

O həmçinin bildirib ki, Türkiyə Suriyada heç kimin çətinlik çəkməməsi üçün səylər göstərir və hakimiyyətin konkret addımlarını izləyir.


SON XƏBƏRLƏR

04 Yanvar 2025