Almaniyanın xarici işlər naziri Annalena Berbok Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələrinin əl sıxmaqdan imtina edəcəyini gözlədiyini bildirib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Berbok Dəməşqə gələrkən onu hava limanında qarşılayan Suriya rəsmiləri nümayişkaranə şəkildə əllərini nazirə uzatmayaraq, ürəklərinin üstünə qoyub, təzim ediblər, sonra Almaniya nümayəndə heyətinin digər kişi üzvünə əl uzadıblar.
"Mən gələn kimi mənə aydın oldu ki, burada heç bir adi əl sıxışması olmayacaq", - “Focus” nəşri Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərindən sitat gətirir.
Eyni zamanda alman jurnalistlər Dəməşq hava limanında baş verənləri birbaşa nazirə təhqir kimi qiymətləndiriblər.
Almaniya CDU partiyasının nümayəndəsi Peter Bayer isə Suriya rəsmilərinin davranışını qəbuledilməz adlandırıb.