• Bakı C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.7536

    RUB - 1.5373

"NATO Rusiya ilə müharibəyə hazır deyil, onu yalnız Ukraynada məğlub edə bilər" - Podolyak

DÜNYA

04 Yanvar 2025 | 16:21

NATO Rusiya ilə müharibəyə hazır deyil, onu yalnız Ukraynada məğlub edə bilər - Podolyak

NATO-nun kifayət qədər effektiv silahları var, lakin bu silahlardan istifadə etməyə hazır deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Freedom" telekanalına müsahibəsində bəyan edib. Məlumatı "nv.ua" nəşri yayıb.

NATO ölkələri psixoloji cəhətdən Rusiya ilə müharibəyə hazır deyil. Rusiya üzərində qələbə qazanmağın yeganə yolu bunu Ukraynada etməkdir, Podolyak bildirib.

"Rusiyanın 3-5 il ərzində NATO ölkələrinə hücum edəcəyini nəzərdə tutan sonsuz planlar hazırlanır. Məni ən çox təəccübləndirən NATO ölkələrinin müharibəyə psixoloji hazırlıqsızlığıdır. Onların kifayət qədər silahı var, bu silahlar çox effektivdir, lakin onlar bu silahlardan istifadə etməyə hazır deyil. Beləliklə, əgər Rusiya indiki hərbiləşmə və avtoritarlıq sürətini qoruyub saxlayarsa, NATO-nun beş ildən sonra belə bir şansı olmayacaq", - o, deyib

Podolyaka görə, NATO ölkələri heç vaxt Rusiya ilə müharibəyə psixoloji baxımdan hazır olmayacaq. Bu vəziyyəti isə Kreml çox yaxşı anlayır.

"Buna görə də Rusiya bu müharibədə mərhələli şəkildə şərtləri sərtləşdirir, bütün tabuları tədricən ləğv edir, bütün qaydaları, o cümlədən müharibənin aparılması qaydalarını aradan qaldırır. Beləliklə, əgər Ukraynada məğlub olmasa, gələcək hücumlar üçün zəmin hazırlayır", -  o, əlavə edib.

Prezident Ofisi rəhbərinin müşaviri vurğulayıb ki, Rusiyanı məğlub etməyin yeganə yolu bunu Ukraynada etməkdir.


SON XƏBƏRLƏR