• Bakı C

    6.15 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

Şəkidə 60 min hektara yaxın sahədə taxıl səpini aparılıb

CƏMİYYƏT

06 Yanvar 2025 | 14:25

Şəkidə 60 min hektara yaxın sahədə taxıl səpini aparılıb

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə 2025-ci ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. Torpaq mülkiyyətçiləri 21 min 872,5 hektarı buğda, 38 min 66,6 hektarı dən üçün arpa olmaqla, 59 min 939,1 hektar sahəyə toxum səpiblər. Səpin proqnozuna əsasən əməl olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildirilib ki, kampaniya dövründə sahələrə 11 min 283 ton toxum səpilib. Bunun 6,1 min tonunu sertifikatlaşmış toxum təşkil edib. Səpin aparılan sahələrin 14 min 550 hektarı suvarılan, 45 min 389,1 hektarı isə dəmyə torpaqlardır.

Hazırda taxıl sahələrində zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir. İndiyədək 8 min 691 hektar sahədə suvarma işləri aparılıb.

Qeyd edək ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci ildə fermerlərə hər hektar taxıl sahəsi üçün 230 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.


SON XƏBƏRLƏR

07 Yanvar 2025