• Bakı 22° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Sürücü ilə sərnişin arasında insident - İşdən çıxarıldı - VİDEO

HADİSƏ

06 Yanvar 2025 | 14:11

Sürücü ilə sərnişin arasında insident - İşdən çıxarıldı - VİDEO

“BakuBus” MMC-nin tərkibində olan 149 nömrəli avtobusun sürücüsü sərnişinləri təqhir edib. 

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, sürücü ilə sərnişinlər arasında mübahisə yaranıb. Videodan da bəlli olur ki, sürücü vətəndaşların ünvanına təhqiramiz ifadələr işlədib.

 Sözügedən görüntüləri təqdim edirik:

Məsələ ilə bağlı “BakuBus” MMC-yə sorğu göndərdik. Şirkətdən sorğumuza cavab olaraq bildirildi ki, ötən gün, saat 21:30 radələrində, “BakuBus” MMC-nin istismarında olan 149 nömrəli müntəzəm marşrut xəttində sürücü ilə sərnişin arasında insident baş verib: “Hadisə ilə bağlı aparılmış araşdırma zamanı videomüşahidə görüntülərindən müəyyən olunub ki, sürücü Rəcəbov Xəyalət Azad oğlu tərəfindən qaydalar kobud şəkildə pozulub.

Bu səbəbdən, əmək qanunvericiliyinə uyğun olaraq sürücünün işdən azad edilməsi barədə qərar qəbul edilib. Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyir və bu kimi halların təkrarlanmaması üçün bütün zəruri addımların atılacağına sizi əmin etmək istərdik”. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026
10 Oktyabr 2026