• Bakı C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Yardımlıda əməliyyat: 20 kiloqram narkotik, psixotrop maddə...

HADİSƏ

05 Fevral 2025 | 09:06

Yardımlıda əməliyyat: 20 kiloqram narkotik, psixotrop maddə...

Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxslər ifşa ediliblər.

Bakıvaxtı.az apa-ya istinadla xəbər  verir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 39 yaşlı Elvin Novruzov və əvvəllər məhkum olunmuş 36 yaşlı Əlövsət Mustafayev saxlanılıblar.

    Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 20 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.


    SON XƏBƏRLƏR

    04 Fevral 2025